İlham Əliyev kimə mükafat verir?

– Yenə nə oxuyursan belə? – Kari uzun bir siyahını gözdən keçirən bacısı Katuraya baxdı.
– İlham Əliyev Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibətilə orden, medal, fəxri adlar verib. Mən 30 ildir ki Azərbaycan mətbuatını təpəsindən dırnağına qədər hərf-hərf oxuyuram, qəzet və jurnalların cikinə-bikinə yaxşı bələdəm, amma burdakıların heç 90 faizini tanımıram. Mənim siyahıda adını görmək ümidində olduğum və həqiqətən də dövlət və mətbuat qarşısında xidmətləri olan jurnalistlərin mütləq əksəriyyətinin adına burada rast gəlmədim.
– Mən isə orada vaxtilə “Azadlıq” və “Müsavat” qəzetlərində dərc olunan hər bir yazısında Heydər Əliyevi söyənlərin və təhqir edənlərin, İlham Əliyev iqtidarını addımbaşı yeri gəldi-gəlmədi “tayfa rejimi”, “tayfa hakimiyyəti” adlandıranların adlarını gördüm. Səncə, İlham Əliyev bunları bilmir yoxsa Prezident administrasiyasındakı məmurlar onu aldadırlar? Həqiqətənmi İlham Əliyevdən mükafat almağın ən yaxşı və asan yolu Prezidenti və hökuməti təhqir etmək, yaltaqlıq, ikiüzlülük, dünən nə yediyini (oxu: dediyini) unutmaq, dost və həmkarlarına qarşı xəyanət və satqınlıqdır?
– Özün bilmirsən ki “krışa”sız, “dayı”sız, tapşırıqsız və başqa “sız-” və “siz”lərsiz heç kim bu ölkədə nəinki orden, medal, fəxri ad, hətta fəxri fərman da ala bilməz? – Katura məyus olduğu açıq-aşkar hiss olunan qardaşına baxdı. – “Jek”dən adicə bir arayışı da rüşvətsiz vermirlər… Sənin dediyinin isə ən yaxşı nümunəsi Rauf Arifoğluya “Əməkdar jurnalist” adı verilməsi və onun  mükafatı vaxtilə haqqında olmazın təhqirlər söylədiyi İlham Əliyevdən şəxsən almasıdır. Bu video və şəkillərə baxsan, sualına cavab taparsan.

119 dəfə baxılıb

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Vacib sahələr * ilə işarələnmişdir